Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Newsport.az-ın məlumatına görə,, 40 yaşlı keçmiş futbolçu səsvermədə 43 səslə qalib olub və Kamerun futbolunun yeni rəhbəri olub.
Kamerunlu futbolçu karyerasında “Real” (Madrid), “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Antalyaspor” və “Konyaspor” klublarında forma geyinib. Eto Kamerun yığmasında da 118 oyun keçirib.