Namik Ələskərov qol vurdu, "Bursaspor" heç-heçə etdi

Türkiyə I Liqasında 15-ci turun oyunları davam edir.

 

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Manisa" ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Namik bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunun müəllifi olub. Həmyerlimiz 51-ci dəqiqədə fərqlənib.

 

Qeyd edək ki, "Bursaspor" 18 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right