Vüsal meydana daxil oldu, komandası geridönüş etdi

Türkiyə I Liqasında 15-ci turun oyunları keçirilir.

 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" doğma meydanda "Bandırmaspor"u qəbul edib. Matç Ankara təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Vüsal da bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger 59-cu dəqiqədə Hamza Gurun əvəzinə meydana daxil olub.

 

Xallarını 17-yə yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right