Çempionlar Liqasında qrupda üçüncü yeri tutmaqla Avropa Liqasının pley-off mərhələsində oynayacaq 8 komandadan 7-si məlum olub.
Newsport.az xəbər verir ki, "Barselona" (İspaniya) "Borussiya" (Dortmund, Almaniya), "Zenit" (Rusiya), "Portu" (Portuqaliya), "Leyptsiq" (Almaniya), "Sevilya" (İspaniya) və "Şerif" (Moldova) "pley-off"da oynamaq hüququ əldə edib. ÇL xətti ilə bu mərhələdə mübarizə sonuncu - 8-ci iştirakçı isə bu gün keçiriləcək "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) oyunundan sonra müəyyənləşəcək.