"Real"dan ilk

“Real” Çempionlar Liqasında daha bir ilkə imza atıb.

Newsport.az xəbər verir ki, “kral klubu” buna ötən gecə qrup mərhələsinin 6-cı turunda “İnter”lə matçda (2:0) qalib gəlməklə nail olub.

Komanda bu turnirdə vurduğu qolların sayını 600-ə çatdırıb. Madrid təmsilçisi belə nəticə qazanan ilk klub kimi tarixə düşüb. "Real"ın ən yaxın izləyiciləri "Bavariya” (546 qol), “Barselona” (537), “Mançester Yunayted” (398) və “Yuventus”dur (333).

Qeyd edək ki, "Real" D qrupunda 15 xal toplayaraq 1/8 finala vəsiqə qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right