“Yuventus”un Kavani planı

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani daha bir klubun diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, uruqvaylı hücumçu ilə “Yuventus” klubu da yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Kavanini “Yuventus”la yanaşı, İspaniyanın “Barselona” klubu da heyətinə qatmaq istəyir. Hücumçunun “Mançester Yunayted”dəki gələcəyiylə bağlı son qərarı komandanın yeni baş məşqçisi Ralf Ranqnik verəcək.

Kavani özü “Barselona”ya getməyə müsbət yanaşır.

34 yaşlı hücumçu bu mövsüm “Mançester Yunayted”də iki oyuna çıxıb. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right