"İnter" "Roma"nı darmadağın etdi

İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Roma" və "İnter" komandaları arasında keçirilib. 

Newsport.az-ın məlumatına görə, "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 

Hesabı 15-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. Türkiyə milllisinin yarımmüdafiəçisi topu künc zərbəsindən birbaşa qapıya göndərib. Bundan 10 dəqiqə sonra Çalhanoğlu Edin Cekoya məhsuldar ötürmə verib. 39-cu dəqiqədə isə Denzel Dümfris matçda son nöqtəni qoyub. 

Bu qələbə sayəsində xallarını 37-yə çatdıran "İnter" 2-ci pilləyə qalxıb. "Roma" isə 25 xalla 5-cidir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right