İtaliya A Seriyasında 15-ci turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, "Milan" səfərdə "Cenoa" ilə qarşılaşıb.
Qarşılaşma milanlıların 3:0 hesablı qələbəsiylə başa çatıb. "Cenoa"nın baş məşqçisi uzun illər "rossonyerlər"in formasını geyinmiş Andrey Şevçenkodu.
Xallarını 35-ə yüksəldən "Milan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Cenoa" isə 10 xalla 18-ci sıradadı.
"Cenoa" - "Milan" 0:3
Qollar: İbrahimoviç, 10, Junior Messias 45, 61