Serb forvard Ronaldo və Krespoya çata biləcək?

İtaliya A seriyasının 15-ci turunda “Sampdoriya” ilə qarşılaşan “Fiorentina” rəqibinə qalib gəlməyi bacarıb.

Newsport.az xəbər verir ki, Florensiya təmsilçisinin qollarından birinə Duşan Vlahoviç imza atıb. Bu, serbiyalının 2021-ci ildə A seriyasında vurduğu 29-cu qol olub.

Serb A seriyasında il ərzində 29 qol vuran 4-cü futbolçu olub. Bundan əvvəl isə Kriştiano Ronaldo (2020-ci il 33 qol), Qonsalo İquayn (2016-cı il 30 qol) və Ernan Krespo (2001-ci il 30 qol) 1 ilə A seriyasında ən çox qol vuran futbolçu kimi tarixə keçmişdi.

​Futbolçunun ili daha çox qolla bitirməsi üçün hələ qarşıda 4 tur var. O, bu oyunlarda daha çox qol vuraraq mütləq rekordçu da ola bilər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right