"Qalatasaray"ın keçmiş prezidenti vəfat etdi

"Qalatasaray"ın sabiq prezidenti Mustafa Cengiz vəfat edib.

Newsport.az-ın məlumatına görə, 71 yaşlı funksioner bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Mustafa Cengiz 2018-ci ildən bu ilin iyununa qədər "Qalatasaray"a rəhbərlik edib. Bu müddət ərzində İstanbul təmsilçisi iki dəfə Super Liqanı, 1 dəfə Türkiyə kubokunu və 1 dəfə Türkiyə Super kubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right