"Yuventus"un prezidenti istintaqa cəlb olundu

“Yuventus”un Turin və Milandakı ofislərində maliyyə polisi tərəfindən araşdırmalar başlayıb.

Newsport.az-ın məlumatına görə, araşdırmalarda “Yuventus”un 2019-2021-ci illər aralığında maliyyə hesabları nəzərdən keçirilir. Həmçinin klubun prezidenti Andrea Anyelli və onun köməkçisi Pavel Nedved də saxlanılıb. Hər iki şəxs 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir.

Anyelli və Nedveddən başqa Turin təmsilçisinin keçmiş idman direktoru Fabio Paratiçi və Kommersiya departamentinin 3 əməkdaşı da istintaq altındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right