DÇ-2022: Pley-off mərhələsinin püşkü atılır

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Newsport,.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
 
Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer alıb. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşıb.
 
Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşüb. Rusiya və Ukrayna yığmaları siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzlər.
 
Pley-off iştirakçıları üç “dördlük” təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.
 
Səpələnmişlər
Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels
 
Səpələnməmişlər
Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right