"İnter" qol vurmağım üçün məni gətirib, üzərimə düşəni etməyə çalışıram"

“İnter”in hücumçusu Edin Dzeko Çempionlar Liqasının 5-ci turunun “Şaxtyor”la görüşündən sonra mətbuata danışıb.

Newsport.az xəbər verir ki, Donetsk klubu ilə görüşdə dubl edən bosniyalı bunları deyib:

“İnter” qol vurmağım üçün məni komandaya gətirib. Mən də üzərimə düşəni etməyə çalışıram.

İlk yarıda biz çox səhv etdik. Ancaq “Şaxtyor”un qapıçısı da yaxşı oynadı. Biz qol buraxmadan dayanmalı idik. İkinci hissədə isə 2 qol vurmağı bacardıq. Önəmli 3 xal qazandıq. Birinci hissədə top sanki qapıya daxil olmaq istəmirdi. Sonda istəyimizə çatdıq.

Fasilədə baş məşqçi bildirdi ki, bu səviyyədə də davam etməliyik. Çünki komanda yaxşı ilk yarıda yaxşı oynayırdı. Perişiçin asması isə sadəcə ideal idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right