Levandovski ilin futbolçusu seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən, Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki, o, 150 xal yığıb. Lionel Messi (Argentina, PSJ) 105 xalla 2-ci, Jorjinyo (İtaliya) 40 xalla 3-cü olub.


IFFHS-in versiyasına əsasən ilk 10-luq belədir:

1. Robert Levandovski (Polşa, “Bavariya”) – 150 səs
2. Lionel Messi (Argentina, “Barselona”/PSJ) - 105
3. Jorjinyo (İtaliya, “Çelsi”) - 40
4. Kevin De Bruyne (Belçika, “Mançester Siti”) - 35
5-6. Məhəmməd Salah (Misir, “Liverpul”) - 20
5-6. Kilian Mbappe (Fransa, PSJ) - 20
7. Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus"/ “Mançester Yunayted”) - 15
8-9. Nqolo Kante (Fransa, “Çelsi”) - 10
8-9. Canluici Donnarumma (İtaliya, “Milan”/PSJ) - 10
10. Erlinq Haland (Norveç, “Borussiya” Dortmund) - 5

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah