Çempionlar Liqası: daha 5 komanda 1/8 finalda

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

 

Newsport.az xəbər verir ki, bununla da 1/8 finalın daha 5 iştirakçısı müəyyənləşib.

 

A qrupunda Almaniya "Leyptsiq"inin Belçikada "Brügge"ni darmadağın etməsi İngiltərənin "Mançester Siti" və Fransanın PSJ klublarını vaxtından əvvəl pley-offa çıxarıb. Bu komandalar arasındakı görüş isə "şəhərlilər"in qalibiyyəti ilə yekunlaşıb.

 

B qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş İngiltərə "Liverpul"u evdə Portuqaliya "Portu"suna qalib gəlib. Digər qarşılaşmada isə İtaliya "Milan"ı İspaniyada Madrid "Atletiko"sunu üstələyib. Bu nəticələrdən sonra pley-offa ikinci vəsiqənin taleyi son tura qalıb.

 

C qrupunda Niderland "Ayaks"ından sonra pley-offa yüksələn ikinci komanda Portuqaliya "Sportinq"i olub. Evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu 2 top fərqi ilə məğlub edən Lissabon təmsilçisi adını 1/8 finala yazdırıb. Dortmundlular mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

 

D qrupunda da 1/8 finalçılar bəlli olub. Molddovada "Şerif" üzərində böyükhesablı qələbə qazanan İspaniya "Real Madrid"i özü ilə yanaşı, İtaliya "İnter"ini də növbəti mərhələyə daşıyıb. Tiraspol klubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

 

24 noyabr

A qrupu

00:00. "Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya) - 0:5

Qollar: Kristofer Nkunku, 12; 90+3. Emil Forsberq, 17 (pen.); 45+1. Andre Silva, 26

 

00:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:1

Qollar: Rahim Sterlinq, 63. Qabriel Jezus, 76 - Kilian Mbappe, 50

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 8, "Brügge" - 4, "Leyptsiq" - 4.

 

B qrupu

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) - 0:1

Qol: Junior Messias, 87

 

00:00. "Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya) - 2:0

Qollar: Tyaqo Alkantara, 52. Məhəmməd Salah, 70

Xal durumu: "Liverpul" - 15, "Portu" - 5, "Milan" -4, "Atletiko" - 4.

 

C qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland) - 1:2

Qollar: Raşid Gezzal, 22-pen. - Sebastyen Allye, 54; 69

00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1

Qollar: Pedru Qonsalveş, 30; 39. Pedro Porro, 81 - Doniel Molen, 90+3

Xal durumu: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya" - 6, "Beşiktaş" - 0.

 

D qrupu

21:45. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0

Qollar: Edin Ceko, 61; 67

 

00:00. "Şerif" (Moldova) - "Real Madrid" (İspaniya) - 0:3

Qollar: David Alaba, 30. Toni Kroos, 45+1. Kərim Benzema, 55

Xal durumu: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah