İtaliya yığmasının keçmiş futbolçusu həbs olunub

İtaliya milli komandasının və "Yuventus" klubunun keçmiş futbolçusu Fabritsio Mikkoli yaxın bir neçə ili həbsxanada keçirməli olacaq.

Newsport.az-ın məlumatına görə, İtaliya Ali Məhkəməsinin ikinci bölməsi sabiq hücumçuya 3,5 illik həbs cəzası kəsib.

Mikkoli 7 ilədək azadlıqdan məhrum edilmiş Mauro Lauriçellenin tətbiq etdiyi mafioz üsulları ilə zorakılıqda günahlandırılıb. Baş prokuror Fulvio Baldi onun apellyasiyasiyanın rədd olunmasını xahiş edib və bu, qəbul olunub. Mikkolinin həbs cəzasına heç bir alternativ nəzərdə tutulmayıb.

Qeyd edək ki, zorakılıq hadisəsi 10 il əvvəl baş verib. İtaliyanın disko klublarından birinin sahibi Fabritsio Mikkoliyə 12 000 avro borclu olub. Mikkoli pulunu geri ala bilmədiyindən, kriminal strukturlara müraciət edib.

Mikkoli 2002 - 2004-cü illərdə "Yuventus"da çıxış etdiyi vaxt İtaliya yığmasına müntəzəm dəvət alıb. O, 10 oyuna 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right