Avroliqada qrup mərhələsinin 5-ci turuna start verilir

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 5-ci tura start veriləcək. Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
 
C qrupunda Rusiyanın “Spartak” (Moskva) klubu İtaliya təmsilçisi "Napoli”ni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
 
Mərhələnin digər qarşılaşmaları sabah keçiriləcək.
 
Avropa Liqası
C qrupu, 5-ci tur
24 noyabr
 
19:30. "Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya)
Moskva, "Spartak" stadionu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right