"Napoli"nin hücumçusu 3 ay oynamayacaq

“Napoli”nin hücumçusu Viktor Osimhen əməliyyat olunub.

 

Newsport.az xəbər verir ki, üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyata məruz qalan futbolçunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir. Lakin nigeriyalı hücumçu daha bir neçə gün həkim nəzarət altında qalacaq.

 

Osimhen A Seriyasının 13-cü turu çərçivəsində “İnter”ə 2:3 hesabı ilə uduzduqları oyunda rəqib komandanın müdafiəçisi Milan Skriniarla toqquşma nəticəsində zədələnib. 23 yaşlı forvardın bu üzdən təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right