Fransa millisinin üzvü "Fiorentina" ilə anlaşdı

Fransa millisinin və “Lill”in futbolçusu Jonatan İkone özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, “Fiorentina” fransalı ilə şəxsi müqavilədə razılığa gəlib. Əslində, Florensiya təmsilçisi öncə heyətinə “Sassuola” və İtaliya millisinin üzvü Domeniko Berardini heyətinə qatmaq istəyib. Bu transfer baş tutmayınca italiyalılar “Lill”də çıxış edən İkoneyə təklif göndərib.

​23 yaşlı futbolçu PSJ yetirməsidi və icarə əsasında “Monpelye”də çıxış edib. Hazırda “Lill”də oynayan yarımmüdafiəçi 2019-cu ildən Fransa millisinin də şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right