"Qalatasaray" derbidə "Fənərbağça"ya uduzdu, Terim qovuldu

Türkiyə Super Liqasının XIII turunda İstanbul derbisi gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutan prinsipial qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Baş hakim Halil Umut Melerin idarə etdiyi görüşdə ilk qolu 16-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Kerem Aktürkoğlu vurub. 31-ci dəqiqədə Mesut Özil bərabərlik qolunun müəllifi olub.

83-cü dəqiqədə "Fənərbağça"dan Marsel Tisseran meydandan qovulub. Bununla belə, qonaqlar 90+4-cü dəqiqədə Migel Kresponun qolu ilə qalibiyyətə imza atıblar.

Görüş zamanı referi bir sıra mübahisəli qərarları ilə diqqət çəkib. Onun idarəçiliyi xüsusən "sarı-qırmızılar"ın düşərgəsində etirazla qarşılanıb.

Baş hakimin epizodlara lazımi reaksiya verə bilməməsindən narazılıq ifadə edən meydan sahibləri Mbaye Diaqnenin qolunun qeydə alınmamasına da mənfi yanaşıblar.

Komandanın baş məşqçisi Fatih Terim Melerə narazılığını bildirdikdə ayrı-ayrı vaxtlarda iki dəfə sarı vərəqə alaraq, meydandan qovulub. Onun rəqib həmkarı Vitor Pereyra isə sarı vərəqə ilə cəzalanıb. Referi hər komandadan 4 futbolçuya sarı vərəqə göstərib.

Bu nəticədən sonra "Fənərbağça" 23 xalla 5-ci, "Qalatasaray" 21 xalla 8-ci pillədə qərarlaşıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right