Namiq Ələsgərovdan qol ötürməsi

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov Türkiyə çempionatında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, o, “Bursaspor”un heyətində 1-ci liqanın 12-ci turunun “İstanbulspor”la ev matçına start heyətində meydana çıxıb. Görüş qonaqlar 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Namiq 28-ci dəqiqədə Batuhan Korun qolunun ötürməsini verib. 10 dəqiqə sonra Ələsgərov sarı vərəqə ilə cəzalanıb. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 12 oyunda 14 xal toplayan Bursa təmsilçisi 19 komanda arasında 11-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right