“Uotford”un baş məşqçisi Klaudio Ranyeri “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis portuqaliyalı ulduzla danışmaq istədiyini bildirib.
İtaliyalı məşqçi Ronaldo haqda bu cür danışıb: “Kriştiano dünyanın ən güclü oyunçularından biridi. Bir çox gənc futbolçu ona hörmətlə yanaşır. Xahiş edirəm, mənə Ronaldonu verin, heç bir problem olmaz. Nə qədər oynamaq istəyirsə, o qədər də ona şans verərəm”.