Balotelli: "Əgər milli komandaya çağırılsam, Türkiyədən piyada gedərəm"

Son zamanlar qol vurmaqda problem yaşayan İtaliya milli komandasına Mario Balotelli dəvət oluna bilər.

 

Newsport.az xəbər verir ki, bu iddia ilə yerli mətbuat çıxış edib. Hazırda Türkiyənin "Adana Dəmirspor" klubunda oynayan 31 yaşlı hücumçu məsələ ilə bağlı açıqlama verib. O, yığmaya çağırılsa, İtaliyaya piyada gedəcəyini deyib:

 

"Mart ayında İtaliya milli komandasına çağırılmaq xəyal olar. Əgər belə bir şey olarsa, Türkiyədən piyada gedərəm. Roberto Mançini ilə yaxşı münasibətim var. Milli komandaya qayıtmağım üçün məndən nə istədiyini açıq şəkildə dedi. Əgər yaxşıyamsa, niyə məni çağırmasın?"

 

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində qrupu ikinci pillədə bitirən İtaliya millisi mart ayında pley-off matçları oynayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah