DÇ-2022: İtaliya İsveçrəyə, İngiltərə Albaniyaya qarşı Yenilənir

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turun növbəti matçları keçiriləcək.

Newsport.az xəbər verir ki, ikinci oyun günündə 3 qrup üzrə 8 qarşılaşma baş tutacaq.

C qrupunda 14 xala malik liderlər – İtaliya və İsveçrə yığmaları üz-üzə gələcək. Qalib komanda mundiala vəsiqə qazanmağa daha da yaxınlaşacaq. Qrupun digər görüşündə Litva Şimali İrlandiyanın qonağı olacaq.

F qrupunda Danimarka seçməsi DÇ-2022-də yerini vaxtından əvvət təmin edib. Şotlandiya Moldova səfərində 3 xal qazansa, Avstriya – İsrail qarşılaşmasının nəticəsindən asılı olmayaraq, qrupda ikinci pilləni rəsmiləşdirəcək.

I qrupunda isə İngiltərə mundiala vəsiqə qazana bilər. Britaniyalılar bunun üçün Albaniyanı məğlub etməli və Polşanın Andorra səfərində büdrəməsini gözləməlidir.

DÇ-2022-nin seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur

12 noyabr

C qrupu

23:45. Şimali İrlandiya – Litva
23:45. İtaliya – İsveçrə

Xal durumu: İtaliya 14, İsveçrə – 14, Bolqarıstan – 8, Şimali İrlandiya – 5, Litva – 3

F qrupu

21:00. Moldova – Şotlandiya
23:45. Danimarka – Şimali İrlandiya
23:45. Avstriya – İsrail

Xal durumu: Danimarka – 24, Şotlandiya – 17, İsrail – 13, Avstriya – 10, Farer adaları – 4, Moldova – 1

I qrupu

23:45. Andorra – Polşa
23:45. Macarıstan – San Marino
23:45. İngiltərə – Albaniya

Xal durumu: İngiltərə – 20, Polşa – 17, Albaniya – 15, Macarıstan – 11, Andorra – 6, San Marino – 0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right