Şenol Güneş: "Mən gizlicə heç kiminlə görüşməmişəm"

Türkiyə milli komandasının sabiq baş məşqçisi Şenol Güneş "Fənərbağça"nın sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssis "GazetaKuzey"ə açıqlamasında son zaman hətta oyunları belə izləmədiyini vurğulayıb.

O, boynundakı yüngül ağrıların müalicəsi ilə məşğul olduğunu söyləyib: "Xəstəxanaya gedir, həkimlərin məsləhətləri əsasında müalicəmi davam etdirirəm. Eyni zamanda evdə istirahət edirəm, arabir gəzişirəm. Dostlarım hansısa klubla danışıqlar apardığımı soruşurlar. Mən gizlicə heç kiminlə görüşməmişəm. Danışacağım mövzu da yoxdur. Hazırkı mərhələdə dincəlməkdən başqa bir şeyi düşünmürəm. Bütün komandalarımıza uğurlar arzulayıram".

Qeyd edək ki, "Fənərbağça"da baş məşqçi Vitor Pereyranın baş məşqçi postundan istefaya göndəriləcəyi, klub prezidenti Ali Koçun Şenol Güneşlə danışıqlar aparacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right