“Beşiktaş” “Trabzonspor”a da uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 12-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Qaziantep” “Kasımpaşa”nı, “Rizəspor” isə “Alanyaspor”u qəbul edib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

“Sivasspor” – “Girəsunspor” matçında qapılara qol vurulmayıb. “Antalyaspor” “Altay”ı minimal hesabla üstələyib. Ardıcıl üç oyundur ki, qələbə qazanan “Başakşəhər” bu turda “Yeni Malatyaspor”un qonağı olub və bu görüşdən də 3 xalla ayrılıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Trabzonspor” son çempion “Beşiktaş”ın qonağı olub. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə seviniblər.

“Qalatasaray” “Fatih Karagümrük”lə, “Fənərbaxça” isə “Kayserispor”la qarşılaşacaq.

Türkiyə Super Liqası, 12-ci tur

5 noyabr

Qaziantep – Kasımpaşa 2:0
Qol:
Fiqeyredo, 37. Koker, 86.

Rizəspor – Alanyaspor 2:0
Qol:
S.Ay, 11. Djokoviç, 70.

6 noyabr

Sivasspor – Girəsunspor 0:0

Yeni Malatyaspor – Başakşəhər 1:3
Qol:
K.Kanatsızkuş, 90+2 – T.Cigerçi, 39. Vişça, 59. Okaka, 61.

Antalyaspor – Altay 1:0
Qol:
Mukayru, 49.

Beşiktaş – Trabzonspor 1:2
Qol:
Larin, 62 – A.Ömür, 45+4. Kornelius, 90+6.

7 noyabr

14:30 Göztəpə – Konyaspor
17:00 Fatih Karagümrük – Qalatasaray
17:00 Adana Dəmirspor – Hatayspor
20:00 Fənərbaxça – Kayserispor

Bombardir: Anastasios Bakasetas (Trabzonspor) – 7 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right