“Mançester Yunayted” azarkeşləri İtaliyada hücuma məruz qaldı

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün İtaliyada “Atalanta”nın qonağı olacaq.

Newsport.az xəbər verir ki, matçdan əvvəl yerli fanatlar “Mançester Yunayted”in azarkeşlərinə hücum edib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Atalanta” azarkeşləri Berqamoda mehmanxanaların birində olan ingilis azarkeşlərə hücum edib. Hadisə zamanı “Mançester Yunayted”in azarkeşinin biri xəsarət alıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bu gün keçiriləcək “Atalanta” – “Mançester Yunayted” matçı saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right