Acunun “Hall Siti” üçün nə qədər pul ödəyəcəyi bilindi

Türkiyənin TV8 kanalının rəhbəri, məşhur aparıcı, iş adamı Acun Ilıcalının İngiltərənin Çempionşip klublarından “Hall Siti”ni almaq istədiyini xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, Ilıcalı “Hall Siti”nin sahibi olmaq üçün 35,46 milyon avro ödəyəcək. Artıq onun klubun hazırkı sahibi, misirli iş adamı Assem Allamla anlaşdığı da deyilir. Bu barədə məlumatı “Daily Mail” yayıb.

“Hall Siti” Premyer Liqaya vəsiqə qazanacağı halda, türkiyəli iş adamının əlavə olaraq 23,6 milyon avro ödəyəcəyi də deyilir.  

1904-cü ildə yaradılan “Hall Siti” cari mövsümdə geridə qalan 14 turda 9 xal toplayaraq, Çempionşipdə 22-ci sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right