"Qalatasaray"dan ayrılaraq "Rayo Valyekano"ya keçən Radamel Falkao La Liqada yeni rekorda imza atıb.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, bu, La Liqanın 11-ci turunda dünən keçirilən "Barselona"ya qarşı matçda (1:0) baş verib. Sözügedən görüşdə komandasının yeganə qolunun müəllifi olan kolumbiyalı hücumçu 35 yaş 259 günlə La Liqada meydana çıxdığı 6 matçda 4 qol vuran ən yaşlı oyunçu olub.
Qeyd edək ki, Falkao ötən ay "Rayo Valyekano"ya keçib.