Fil Dişi Sahili millisinin keçmiş futbolçusu Didye Droqba futbolçu karyerasında irqçiliyə məruz qaldığı anlardan danışıb.
Newsport.az-ın məlumatına görə, 43 yaşlı veteran hücumçu İngiltərə, Fransa və Türkiyədə irqçiliyə məruz qaldığını, ancaq buna fikir vermədiyini deyib:
"Mənim gözümdə irqçiliklə mübarizə aparmağın bir neçə yolu var. Bunlar şəxsi seçimlərdir. Türkiyədə "Qalatasaray"da çıxış edərkən "Fənərbaxça" ilə matçlarda irqçiliyə məruz qalırdım. Ancaq buna əhəmiyyət vermirdim. İngiltərə və Fransada da irqçiliklə qarşılaşdım, yenə də önəm verməmişdim. Anlayıram ki, irqçilik cahillikdir. Xaraktercə güclü olmağı seçmişəm. Mən hörmət qoymaqlarına məcbur etmişəm. Yəni ki, məni rəngimə görə sevməyə bilərsən, amma güclü olduğum üçün alqışlamalısan. Bu, mənim irqçi və axmaq insanlara qarşı savaş taktikam oldu".