Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, "Beşiktaş" səfərdə "Başakşəhər"lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
"Başakşəhər"in yeni baş məşqçisi Əmrə Belözoğlu komandanı meydana çıxartdığı ilk matçda qələbəyə sevinib.
"Başakşəhər" - "Beşiktaş" - 3:2
Qollar: Stefano Okaka, 40, 83, Fredrik Qulbrandsen, 85 - Aleş Teyşera, 59, Mişi Batşuayi, 90+1 (pen.)