"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "Çelsi"nin Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Yuventus"a 0:1 hesablı məğlubiyyətini şərh edib.
Newsport.az xəbər verir ki, veteran futbolçu "zadəganlar"ın Turindəki uğursuz nəticəsini bu cür şərh edib:
"Tuhel tapmacanı həll etməlidi. Əvvəllər hər şey onun planına uyğun gedirdi. Hələ ki, Tuhel insanların onun komandasının durumunu müzakirə edəcəyi durumda deyil. Hücumda olan oyunçularda qığılcım yox idi.
Amma Tuhelə görə narahat deyil. Çünki o, əla məşqçidi və komandaya Çempionlar Liqasını qazandırdığına görə etibar edilməlidi".