"Fənərbaxça"da Özil şoku: heyətdən çıxarıldı

Avropa Liqası qrup mərhələsinin 2-ci turunda "Olimpiakos"la qarşılaşacaq "Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin kapitanı Məsut Özil xəstələnib. Qrip olan 33 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisi ilə qarşılaşmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Olimpiakos" matçı sabah Bakı vaxtilə saat 20:45-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right