"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu silahla adam öldürdü

"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu Sezer Öztürk adam öldürüb.

Newsport.az-ın məlumatına görə, hadisə 19 sentyabr tarixindən baş verib. Keçmiş futbolçu maşınına yol verməyən sürcü ilə mübahisə edib.

Daha sonra o silahla həmin şəxsə və onun ailə üzvlərinə atəş açıb. Nəticədə Halil İbrahim adlı vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Sezer Öztürk dərhal hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Sezer Öztürk 2011-2013-cü illərdə "Fənərbaxça"da, 2013-2016-cı illərdə isə "Beşiktaş"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right