"Qalatasaray"la "Fənərbağça"dan çətin qələbə

Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görəilk oyun günündə bir görüş baş tutub. Açılış matçında lider "Beşiktaş" İzmir səfərində "Altay"la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda hesabı açan tərəf olsa da, sonda izmirlilər əzmkar qələbəyə seviniblər. Bu məğlubiyyətlə "Beşiktaş" zirvəni "Altay"a təhvil verib.

Ötən tur "Kayserispor"a üç cavabsız qolla uduzan "Qalatasaray" bu dəfə "Göztəpə" ilə qarşılaşıb. İstanbul klubu çətin qələbə əldə edib - 2:1.

"Fənərbağça" "Hatayspor" səfərinə yollanıb. Bu görüş də istanbulluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun son matçında "Trabzonspor" doğma meydanda "Alanyaspor"u qəbul edəcək.

Türkiyə Super Liqası
VII tur

24 sentyabr

Altay - Beşiktaş - 2:1
Qollar: 
Kappel, 57, Bamba, 88 - G.Yalçın, 47

25 sentyabr

Sivasspor - Fatih Karagümrük - 4:0
Qollar: 
Kayode, 1, Qutas, 50, Felix, 56, Qradel, 71

Antalyaspor - Yeni Malatyaspor - 1:0
Qol:
 G.Vural, 89

Adana Dəmirspor - Qaziantep - 4:0
Qollar: 
Y.Akgün, 12, Kolker, 65 (öz qapısına), Balotelli, 78, Assombalonqa, 85

26 sentyabr

Girəsunspor - Kayserispor - 1:1
Qollar:
 Diabate, 21 - Attamah, 17

Başakşəhər - Rizəspor - 3:0
Qollar: 
Okaka, 25, 55, 75

Hatayspor - Fənərbağça - 1:2
Qollar: 
Sen-Luis, 70 - D.Rossi, 17, Novak, 29

Qalatasaray - Göztəpə - 2:1
Qollar: 
Dervişoğlu, 49, Morutan, 56 - Ndiaye, 43





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right