Türkiyə klubunun baş məşqçisi: "Namiqi uşaqlıqdan tanıdığıma görə..."

"Namiq Əlsəgərovun Türkiyə karyerası yaxşı başlayıb. Performansını görürəm, məncə, çox yaxşıdı. “Bursaspor”da özünə əsas heyətdə yer tapacaq".

Newsport.az-ın məlumatına görəbu sözləri Sportal.az saytına açıqlamasında “Bakı” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər deyib.

Hazırda Türkiyədə "Karşıyaka"nın baş məşqçisi kimi işləyən Biçər Ələsgərov haqda fikirlərini bildirib. Onun sözlərinə görə, millimizin üzvü Superliqa klublarının da diqqətini çəkə bilər: "Namiqi uşaqlıqdan xatırlayıram, xüsusi futbolçu idi. Türkiyəyə öyrəşdikcə, qalıcı olacaq. Namiqin azca zamana ehtiyacı var. Çox çalışaraq, özünə şans yaratmalıdı. Onu uşaqlıqdan tanıdığıma görə, nələr edə biləcəyini bilirəm. Ona görə də düşünürəm ki, Namiq üçün Türkiyədə hər şey yaxşı olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right