"Qalatasaray"ın futbolçusu Kərəm Aktürkoğlu karyerasını Almaniyada davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçiləri - "Volfsburq", "Hoffenhaym" və "Ştutqart" 22 yaşlı vingerlə yaxından maraqlanır. Hər üç klub Türkiyə millisinin üzvünü izləmək üçün İstanbula nümayəndələr göndərəcək.
Qeyd edək ki, "Qalatasaray" Kərəm Aktürkoğlunu 2020-ci ilin yayında 3-cü liqa təmsilçisi "24 Ərzincanspor"dan transfer edib. Gənc futbolçu "cim bom"un heyətində meydana çıxdığı 42 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.