Hakan Çalhanoğlu: "Milan"a qol vursam, qeyd edəcəyəm"

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu açıqlama verib.

Newsport.az-ın məlumatına görə, türkiyəli futbolçu keçmiş komandası "Milan"a qol vuracağı halda, sevinəcəyini deyib:

"Milan"da 4 il gözəl vaxt keçirtdim. Orada çoxlu dostlarım var. Bəzi günlərimiz çox çətin keçdi. Ancaq Stefano Piolinin gəlişindən sonra 2 əla mövsüm keçirtdik. "Milan"da problem yaşadığım insan olmayıb. Onlarla problemim yoxdur, keçmiş komanda yoldaşlarımdan bəziləri ilə hələ də görüşürəm. "Milan"a qol vursam, əlbəttə, bunu qeyd edəcəm və sevinəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right