"Türkiyə millisini çalışdıracağım üçün xoşbəxtəm" - Ştefan Kunts

Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kunts yığmaya təyinatı haqqında fikirlərini bölüşüb. 

Newsport.az-ın məlumatına görə,  59 yaşlı mütəxəssis təqdimat mərasimində deyib: 

"Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik". 

Kunts Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: "Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır".

Qeyd edək ki, Kunts ilə 3 illik müqavilə imzalanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right