“Fənərbaxça” səfərdə, “Qalatasaray” evdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Yeni Malatyaspor” “Fatih Karagümrük”ü, “Altay” isə “Göztəpə”ni qəbul edib. Malatyadakı qarşılaşmada qapılara 7 qol vurulub. Bu oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb. İzmir derbisində isə “Altay” qələbə qazanan tərəf olub.

Lider “Beşiktaş” bu turda “Antalyaspor” səfərinə yollanıb və çətin qələbəyə sevinib. “Trabzonspor” isə “Kasımpaşa” ilə səfər oyununda 3 xalı tək qolla qazanıb. “Sivasspor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “Adana Dəmirspor” isə “Rizəspor”u məğlub yola salıb.

Turun mərkəzi görüşündə “Fənərbaxça” “Başakşəhər”in qonağı olub. İstanbul derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. “Qalatasaray” isə evdə “Alanyaspor”a minimal hesabla uduzub. “Girəsunspor” – “Konyaspor” matçı heç-heçə bitibsə, “Hatayspor” da “Kayserispor”u məğlub yola salıb.

Türkiyə Super Liqası, 5-ci tur

17 sentyabr

Yeni Malatyaspor – Fatih Karagümrük 3:4
Qol:
Tetteh, 18. Eskihellaç, 24. Şuyar, 40 – Bertolaççi, 30; 88. Peşiç, 44; 76.

Altay – Göztəpə 2:1
Qol:
Kappel, 71. Payşao, 90+3 – S.Aydoğdu, 26-pen.

18 sentyabr

Sivasspor – Qaziantep 1:1
Qol:
Yatabare, 21 – Fiqeyredo, 90+2.

Kasımpaşa – Trabzonspor 0:1
Qol:
Bakasetas, 53.

Antalyaspor – Beşiktaş 2:3
Qol:
Rayt, 42. V.Sarı, 45+1 – R.Yılmaz, 49. Batşuayi, 65. Gezzal, 76.

Adana Dəmirspor – Rizəspor 3:1
Qol:
Balotelli, 31-pen. Varqas, 40. Byarnason, 66 – Boldrin, 53.

19 sentyabr

Girəsunspor – Konyaspor 0:0

Qalatasaray – Alanyaspor 0:1
Qol:
Kandeyas, 87.

Başakşəhər – Fənərbaxça 2:0
Qol:
Okaka, 16. Gulbrandsen, 90+1.

Hatayspor – Kayserispor 2:1
Qol:
M.Diuf, 52. Əl Kaabi, 71 – Mensah, 4.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right