“İnter” yaxın günlərdə müdafiəçisi Milan Şkrinyarla yeni müqavilənin şərtlərini müzakirə edəcək.
Newsport.az-ın məlumatına görə, “nerazzura” slovakiyalı müdafiəçini buraxmaq istəmir. Buna görə də onunla yeni müqavilə imzalamaq üçün razı salmaq istəyir. 26 yaşlı müdafiəçinin “İnter”lə müqaviləsi 2023-cü ildə başa çatacaq.
Transfer qiyməti 60 milyon avro olan futbolçunu “Tottenhem” istəyir. A seriyasında bu mövsüm 4 oyun keçirmiş futbolçu 2 qol vurub.