"Real"da oyundan sonra qorxurdum..."

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A seriyasının 4-cü turu çərçivəsində komandasının “Bolonya” üzərindəki 6:1 hesablı qələbəsini şərh edib.

Newsport.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis Çempionlar Liqasının 1-ci turunda “Real”a 0:1 hesablı məğlubiyyətini xatırlayıb:

“Dumfris oyunu əla keçirdi, o, yaxşı məşq etdi. O, İtaliya futbolunu öyrənmək istəyir. Əslində “Real”la oyundan sonra qorxurdum, ancaq komanda əla futbol göstərdi. Azarkeşlərimiz qarşısında qalib gəlmək istəməyimiz normal idi. Bəzən nəticəyə baxmadan analizlər etmək lazımdı. “Real”la oyundan sonra da belə alındı”.

​​Məşqçilik karyerasına “Latsio”da başlayan italiyalı mütəxəssis mövsüm əvvəlindən “İnter”i çalışdırmağa başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right