"Beşiktaş"da ciddi itkilər: 3 müdafiəçi oynamayacaq

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin müdafiəçisi Valentin Rozyerin səhhətində problem yaranıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, qrip olan sol cinah müdafiəçisi Super Liqanın 5-ci turu çərçivəsində "Antalyaspor"la baş tutacaq matçda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, "Beşiktaş"ın müdafiəçiləri Domaqoy Vida və Velinton da zədə səbəbindən komandadan uzaq qalıb.

Qeyd edək ki, "Antalyaspor" - "Beşiktaş" matçı bu gün saat 20:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right