Çempionlar Liqası: Qrup mərhələsinə start verilir Yenilənir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinə start veriləcək. Newsport.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə E, F, G və H qrupunun matçları keçiriləcək.
 
E qrupunda İspaniyanın “Barselona” komandası doğma meydanda Almaniya “Bayern”i ilə qarşılaşacaq. Qrupun digər matçında “Benfika” Kiyevdə “Dinamo”nun qonağı olacaq.
 
Turnirin son qalibi “Çelsi” H qrupu çərçivəsində ilk turda Rusiya təmsilçisi “Zenit”i sınağa çəkəcək. İtaliya A Seriyasında mövsümə uğursuz start verən “Yuventus”un ÇL-də ilk rəqibi “Malmö” (İsveç) olacaq.
 
F qrupunda heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gələcək. Qrupun digər oyununda “Atalanta” “Vilyarreal”ın müqavimətini qırmağa çalışacaq.
 
Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
14 sentyabr
 
F qrupu
 
20:45 Yanq Boyz (İsveçrə) – Mançester Yunayted (İngiltərə)
23:00 Vilyarreal (İspaniya) – Atalanta (İtaliya)
 
G qrupu
 
20:45 Sevilya (İspaniya) – Zalsburq (Avstriya)
23:00 Lill (Fransa) – Volfsburq (Almaniya)
 
E qrupu
 
23:00 Barselona (İspaniya) – Bayern (Almaniya)
23:00 Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya)
 
H qrupu
 
23:00 Çelsi (İngiltərə) – Zenit (Rusiya)
23:00 Malmö (İsveç) – Yuventus (İtaliya)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right