Finlandiya millisinin forvardı Super Liqa klubunda

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Almaniyanın “Bayer” klubunun hücumçusu Joel Pohyanpalonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu bu mövsümün sonuna qədər icarəyə götürülüb.

Pohyanpalo 2013-cü ildən “Bayer”də çıxış edir. O, daha öncə “Aalen”, “Fortuna” (Düsseldorf), “Hamburq” və “Union Berlin” klublarında da icarədə oynayıb. Finlandiya yığmasının da üzvü olan futbolçu, millidə 45 matçda 10 qol vurub.

Yeri gəlmişkən, “Bayer” qapıçısı Lennart Qrilli də Norveçin “Brann” klubuna icarəyə verib. 22 yaşlı almaniyalı qolkiper də mövsümün sonuna qədər icarədə çıxış edəcək. 2020-ci ildən “Bayer”də çıxış edən futbolçu, bu komandada 4 matça çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right