"Yuventus"un futbolçusu cərimələndi

“Yuventus”un futbolçusu Federiko Bernardeski cərimələnib.

Newsport.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 27 yaşlı hücumçunun cərimələnməyinə səbəb çimərliyində qanunsuz işçilər işlətməsi olub. Bernardeskiyə məxsus Marina-di-Karrare çimərliyində qanunsuz şəkildə fəaliyyət göstərən 11 nəfərdən ibarət qarson, barmen və aşpaz heyəti aşkarlanıb. Polis futbolçunu 40 min avro məbləğində cərimələyib və çimərliyi bağlatdırıb. Həmin məbləğ ödənilərsə və əcnəbi işçilər qeydiyyata alınarsa, çimərlik yaxın günlərdə bərpa edilə bilər.

Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ildən “Yuventus”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right