Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiəçi Əmrə Akbabanı icarəyə verib.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu "Alanyaspor"a keçib. Təcrübəli yarımmüdafiəçi 2021-2022-ci il mövsümünü icarə əsasında Alanya təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Əmrə Akbaba "Qalatasaray"a 2018-ci ildə "Alanyaspor"dan transfer olub. O, "cim bom"un heyətində meydana çıxdığı 73 oyunda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.