"Fənərbaxça"nı İstanbulun digər klubuna dəyişdi

"Fənərbaxça"dan ayrılan Nabil Dirarın yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, mərakeşli yarımmüdafiəçi karyerasını İstanbulun digər klubu olan "Kasımpaşa"da davam etdirəcək. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nabil Dİrar "Fənərbaxça"ya 2017-ci ildə "Monako"dan transfer olub. O, son mövsümün ikinci yarısını icarə əsasında Belçikanın "Brügge" klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right