Türkiyəyə son saniyə ŞOKu!

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, qardaş ölkə təmsilçisi IV turda Monteneqro ilə qarşılaşıb.

G qrupunun lideri olan Şenol Günəşin yetirmələri xal itkisi ilə üzləşib. “Ay-ulduzlular”ın heyətində Çengiz Ündərlə Yusuf Yazıçı ilk 45 dəqiqədə rəqib qapısına yol tapıb.

Adam Marusiç fasilə ərəfəsində fərqi minimuma endirib. Balkanlılar Risto Radunoviçin uzatma dəqiqələrindəki qolu ilə məğlubiyyətdən qaçıb. Xal hesabını 8-ə çatdıran Türkiyə millisi qrupun vahid lideridir.

Türkiyəlilər sentyabrın 4-də Cəbəllütariq, 7-də Niderlandla görüşəcək. Hər iki matç səfərdə baş tutacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right