Türkiyənin "Adana Dəmirspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi italiyalı Vinçense Montello ilə razılıq əldə edib. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Montello bu postda bir neçə gün əvvəl istefaya göndərilən Samet Aybabanı əvəzləyib.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis daha əvvəl "Roma", "Milan", "Sevilya" kimi klubları çalışdırıb. Onun son iş yeri "Fiorentina" olub.